Ermənistan parlamenti işəgötürənlərə peyvənd olunmamış, yaxud COVID-19 testinin mənfi nəticəsini təqdim etməyən işçiləri işdən çıxarmağa icazə verən qanun layihəsini dəstəkləyib.

Sənədin qəbulunu 60 deputat bəyənib. Yalnız 26 müxalifət təmsilçisi qanunun  təsdiqinə qarşı çıxıb.

Ermənistanın əmək nazirinin sosial məsələlər üzrə müavini Ruben Sarkisyan isə bəyan edib ki,  işəgötürən işçinin lazımi sənədləri olmadığı müddət ərzində əmək haqqını ödəməmək hüququnu da özündə saxlayır, həmçinin həmin işçinin işləməsinə icazə verilməyə də bilər.

Qeyd etmək lazımdır ki, işəgötürən işçi ilə bağladığı müqaviləni  3 ay ərzində 20 gün işdə olmadığı səbəbdən də  ləğv edə bilər.

Lakin bu tələblər ölkə prezidentinə, spikerə və parlament üzvlərinə, həmçinin hökumət başçısına, icma rəhbərlərinə və ağsaqqallar şuralarına, ombudsmana, hakimlərə və baş prokurora şamil edilmir, çünki onların hamısının qanunla müdiri yoxdur.

Sarkisyan vurğulayıb ki, Əmək Məcəlləsinə edilən dəyişikliklər işçilər üçün təhlükəsiz və sağlam mühitin yaradılmasına töhfə verəcək.

Xatırladaq ki, son statistik məlumatlara görə, Ermənistanda əhalinin 835 816 nəfəri, yəni 28,13%-i peyvənd olunub. Bunlardan da yalnız 516  989 nəfəri (17,40%-i) tam peyvənd olunanlardır.

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN