Media sahəsində fəaliyyət göstərən şəxslər üçün güzəştlər və imtiyazlar müəyyənləşir...
"Təzadlar" bildirir ki, bu, “Media haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, Media Reyestrinə daxil edilmiş şəxslər üçün aşağıdakı güzəşt və imtiyazlar müəyyənləşdirilə bilər:
- media subyektlərinə dövlət orqanları (qurumları) tərəfindən rəsmi elan və sosial reklamların sifarişi;
- media subyektlərinin işçilərinin və jurnalistlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilən təlimlərdə ödənişsiz və ya güzəştli əsaslarla iştirakı;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilən dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlər üzrə layihələrdə iştirakı;
- maliyyə xarakterli güzəşt və imtiyazlardan (güzəştli kreditlərdən yararlanmaq daxil olmaqla) istifadə;
- sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması ilə bağlı güzəştlərdən yararlanma.
***
Uzun illərdir ki, medianın müstəqilliyinə təsir edəcək iqtisadi amillərdən söhbət gedirdi, lakin bu məsələ daim kölgədə qalırdı. Əgər layihədəki bu şərt keçərli və işlək olarsa, şübhəsiz ki, bu, medianın inkişafında mühüm rol oynayacaq müstəqilliyin formalaşmasında əsas rıçaq ola biləcək. Azərbaycan mediada reklam bazarının ən zəif olduğu ölkələrdəndir zənnimizcə...
A.Məmmədli