Türkiyə lirəsi ABŞ dollarına qarşı yenidən dəyər qazanıb.

Bu gün günorta saatlarında 1 ABŞ dollarının məzənnəsi 11,1 lirəyə təyin edilib.

Dekabrın 16-da Türkiyə Mərkəz Bankı faiz dərəcəsini 15-dən 14-dək azaltmaq qərarını verməsi lirə məzənnəsinin kəskin azalmasına gətirib çıxarmışdı. Lakin dünən Nazirlər Kabinetinin məzənnə məsələsinə həsr olunmuş iclasında Prezident Rəcəb Tayib Ərdoğan bildirib ki, hökumət ixracatçılara Mərkəz Bankı üzərindən forvard məzənnə təqdim edəcək, özəl təqaüd fondlarına köçürmələri artıracaq, şirkətlərin dividendlərindən alınan vergiləri azaldacaq, lirə əmanətlərini təşviq edəcək

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonrakı açıqlamasının ardınca, Türkiyə vaxtı ilə saat 23.00-da lirənin məzənnəsi yüksəlib - saat 23:00-da 1 ABŞ dollarının məzənnəsi 13,44 lirəyə, 1 avronun məzənnəsi isə 15,23 lirə səviyyəsində təyin edilib.

Xatırladaq ki, bu ilin yanvar ayında Türkiyə lirəsinin məzənnəsi 7,4 TL/USD olub.

TEZADLAR.AZ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN