Azərbaycan, İran və Türkmənistan arasında svop qaz tədarükü haqqında imzalanmış müqavilə qüvvəyə minib.

Müqavilə Türkmənistandan Azərbaycana 1,2-2 milyard kubmetr qazın satışını və onun İran vasitəsilə nəqlini nəzərdə tutur.

Xatırladaq ki, İranın neft naziri Cavad Ovci müqavilə ilə bağlı KİV-ə bildirib ki, razılaşmaya əsasən, İran Türkmənistandan qaz alacaq və eyni həcmdə qazı Azərbaycana ötürəcək.

“Türkmənistanda imzalanmış üçtərəfli razılaşmaya görə, Türkmənistan Azərbaycana gündəlik 5-6 milyon kubmetr qaz satacaq”, - deyə nazir bildirib.

Həmçinin türkmən qazını Azərbaycana ötürməklə İran özünün 5 vilayətinin qaza olan tələbatını da ödəyəcək.

Nazir əlavə edib ki, eyni zamanda, İran Türkmənistan ilə aralarında olan 1,8 milyard dollarlıq qaz borcu məsələsini də həll etməyə çalışır.

 Qeyd edək ki, noyabrın 28-də İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin dövlət başçılarının 15-ci Zirvə Toplantısının kənarında Azərbaycan, İran və Türkmənistanın başçıları svop qaz tədarükünə dair üçtərəfli müqavilə imzalayıblar.

Aşqabad şəhərində imzalanan üçtərəfli müqavilə müddətsizdir.

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN