Qazaxıstan hakimiyyəti respublikada maye qazın ən böyük satıcıları arasında qiymət sövdələşməsinin əlamətlərini görüb.

Bu barədə “Xabar -24” telekanalı məlumat yayıb.

 Şübhə altına düşən şirkətlər arasında “Kazmunayqaz”, “ Kazgermunay”, “CNPC-Aktobemunayqaz” və “Qazaxoyl”un adları yer alır. 

 "Onların hərəkətlərində qiymət sövdələşməsi və bazarda dominant mövqedən sui-istifadə əlamətləri var", - deyə məlumatda bildirilib. 

 Əgər şirkətlərin günahı sübuta yetirilərsə, onlar cərimələnəcəklər. Söhbət 2021-ci il ərzində baş verən qiymət artımlarından gedir.  Mümkün sövdələşmə işi ilə bağlı ilkin məlumatlar 20 gün ərzində Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevə təqdim ediləcək.

 Qeyd edək ki, adı çəkilən şirkətlərdən “CNPC-Aktobemunayqaz” (China National Petroleum Corporation - CNPC)  Qazaxıstan –Çin birgə müəssisəsidir.

  

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN