2022-ci ilin fevral ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 186,5 milyon manat təşkil edib.

 2022-ci ilin yanvar-fevral aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 391,2 milyon manatlıq əməliyyat aparıblar.

Bu barədə ixrac icmalının mart sayında qeyd edilib.

***

Xatırladaq ki, ötən ilin yanvar-fevral ayında əcnəbilər bank kartları vasitəsi ilə Azərbaycanda  50,5 milyon manatlıq əməliyyat aparmışdılar.

 2021-ci il dekabr ayında isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 171,7 milyon manat təşkil edib.

2021-ci ilin yanvar-dekabr aylarında isə əcnəbilər 1,3 milyard manatlıq əməliyyat aparıblar.

Həmçinin Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov mətbuata açıqlamasında bildirib ki, ötən il ölkəmizə giriş edən əcnəbilərin sayı 791 min 983 nəfər olub və bu da 2020-ci illə müqayisədə 0,5 faiz azalma deməkdir

DMX rəisinin sözlərinə görə, (yanvar ayına olan) Azərbaycanda olan və yaşayan əcnəbilərin sayı 129 min 590 nəfərdir.

Qeyd edək ki, son illər pandemiya, indi də Rusiya -Ukrayna müharibəsi səbəbindən insanlar arzu etdikləri bir çox ölkələrə rahat və istədikləri zaman səfər edə bilmirlər. Bildiyimiz kimi, sanksiyalar səbəbindən bir çox istiqamətlərə aviauçuşlar çətinləşib - sayı azaldılıb, həmçinin quru yollar da bağlıdır.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN