Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən cari ilin mart ayı ərzində fiziki və hüquqi şəxslərin müraciəti əsasında respublika ərazisində 18976.82 ton dənli və paxlalı bitkilərin məhsulları, yemlər, texniki yüklər, qurudulmuş meyvələr və digər materiallar (tütün, pambıq, biyan və digər karantin nəzarətində olan materiallar), 26019.95 m3 meşə materialları (taxta altlıqlar (paletlər), qutular və s), 75405 m3 saxlanma yeri, 80 m3 yaş meyvə-tərəvəz (xüsusi kameralar və digər hermetik yerlər), 432000 m2 istixana zərərsizləşdirilib.

Qurumdan əldə etdiyimiz məlumata görə, keçirilən fumiqasiya (zərərsizləşdirmə) tədbirləri nəticəsində sahibkarlara məxsus istehsal və saxlanma yerlərində fitosanitar vəziyyət sabitləşmiş, idxal olunan məhsullarda zərərvericilərin ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısı alınıb.

Bildirilib ki, zərərsizləşdirmə tədbirləri karantin nəzarətində olan məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı, habelə onların idxalı, tranziti və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir. Tələblərə riayət etməyən şəxslər fitosanitar tədbirlərin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Yüksək toksiki maddələr olduğuna görə qeyri-dövlət fitosanitar xidməti subyektləri tərəfindən fumiqasiya tədbirlərinin aparılmasına yol verilmir.

Qeyd edək ki, mərkəzin fumiqasiya dəstələri tərəfindən sahibkarların müraciəti əsasında beynəlxalq standartların tələblərinə və mövcud təlimata uyğun olaraq operativ və keyfiyyətli fumiqasiya tədbirləri həyata keçirilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN