Gizli sexlərdə saxta alkoqollu içkilərin hazırlanması problemi bütün dünyada mövcuddur, o cümlədən də Azərbaycanda.

Belə içkiləri qəbul edən insanlar arasında çoxlu sayda zəhərlənmə, hətta ölüm hallarının baş verməsi də heç kəsə sirr deyil.

Və çox zaman saxta içkilər dünyaça məşhur olan brend içkilərin saxta etiketləri ilə eyni adda məhsul kimi satışa çıxarılır. Bu “istehsalçılar” eyni - oxşar qablaşdırma şüşələrini də hansı yolla isə əldə edə bilirlər...  

AQTA hələ yanvar ayında ticarət mərkəzlərindən birində yoxlama keçirən zaman belə brend içkilərin xeyli saxtasını aşkarladı.

  Belə ki, aşkarlanan saxta alkoqollu içkilərin 198 ədəd yerli və xarici istehsalçı şirkətlərə məxsus əmtəə nişanı altında istehsal edildiyi məlum olub  - “Rusinka”, “Medovka”, “Antik”, “Qələbə”, “Forest”, “Karaki”, “Zolotoe Koltso”, “Taynik”, “Old Reserved”, “İti Qovan”, “Xan Crystal”, “Organic Line”, “Belovka”, “Bio Organic”, “Organic Natural”, “Freshlife”, “Organic new”, “Kremlin”, “Beluga”, “Nemiroff”, “Zerinoff”, “Guseinof”, “Vodka №1”, “Organic Vodka”, “Organic Sold”, “Banketnaya”,  “Nastayaşaya”, “Arxangelsk”, “Mahal”, “Admiral”, “Sapphire”, “Oligarch”, “Storman”, “Organic Nation”, “Organic Naval”, “Zakaznaya”, “Alphine”, “Gusi”, “Organic Greeenfield”, “Kremlinka”, “Hello”...

Dünən də agentlik əməkdaşları Samux rayonu, Samux-Çobanabdallı yolunun kənarında fəaliyyət göstərən, fiziki şəxs Abbasov Mətləb Fazil oğluna məxsus "Çıraq Palace" şadlıq sarayında keçirilən monitorinq zamanı saxta yollarla hazırlanmış “Organic Line” nişanlı alkoqollu içkilər aşkarlayıblar. İçkilərdən götürülmüş nümunələrin sınaq nəticələrinə əsasən, məhsulun normativ tələblərə cavab vermədiyi müəyyən edilib.

Bu yalnız bu ilin 3 ayı ərzində aşkarlanmış faktlardan yalnız ikisidir və yəqin ki, gözdən uzaq neçə-neçə mağazalarda, ticarət mərkəzlərində belə içkilər (bəzən ucuz qiymətlərlə) "meydan sulayır",  şadlıq evlərində, restoran və kafelərdə müştərilərə brend adı altında sırınır...

Və heç də inandırıcı deyil ki, belə saxta məhsullarla müştərilərin sağlamlığına zərər vuranlar onun saxta olmasından xəbərsiz olsunlar. Onların arasında elələri də olur ki, birbaşa belə saxta sexlərlə əlaqələri olur, yaxud da özlərinin nəzarətində olur...

Vətəndaşlar isə sağlamlıqlarını qorumaq və belə saxta içkilərdən uzaq olmaları üçün diqqətli olmalı, onların üzərindəki bərbəzəkli etiketlərə, yaxud qablaşdırma şüşələrinə aldanmamalıdırlar.  

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN