Rusiya Federasiyasının Federal Xidmət AQTA-ya müraciət etdi

Rusiya Federasiyasının “Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti”ndən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA)  daxil olan müraciət əsasında, Biləsuvar şəhəri, H. Əliyev prospektində yerləşən, “Biləsuvar Aqro” MMC-yə məxsus süd məhsulları istehsalı müəssisəsində agentik əməkdaşları tərəfindən həyata keçirilmiş plandankənar yoxlama zamanı süd məhsullarının istehsalı üçün istifadə olunan xammalın müxtəlif təsərrüfatlardan alındığı və bir çox hallarda qəbul edilən südün baytarlıq arayışları ilə müşayiət olunmadığı aşkar edilib.

TEZADLAR.AZ xəbər verir ki, yoxlama zamanı o da məlum olub ki,  aprel ayı ərzində 40 təsərrüfat subyektindən süd qəbul edilsə də, yoxlama zamanı yalnız 2 təsərrüfat subyekti üzrə qəbul edilmiş baytarlıq şəhadətnaməsi təqdim olunub.

İstehsal olunmuş məhsullara keçirilən baxış zamanı bəzi məhsulların etiket məlumatlarının istehsal tarixində uyğunsuzluq müəyyən edilib. Belə ki, 14 aprel 2022-ci il tarixində istehsal olunmuş, lakin istehsal tarixi 10.05.2022-ci il qeyd olunan 3 ton “Səba” əmtəə nişanlı, 82.5%-li kərə yağı aşkar edilib. Xammal və hazır məhsul anbarına keçirilən baxış zamanı pendir istehsalında Danimarka istehsalı “YF-L812” əmtəə nişanlı, qatıq istehsalında “YF-3331” əmtəə nişanlı hər biri 52 qr olan istifadə müddəti bitmiş maya məhsulları aşkar edilib. Aşkar olunmuş nöqsanlarla bağlı sahibkar inzibati məsuliyyətə cəlb edilib.

 Xatırladaq ki, inşasına 2007-ci ildə başlanmış zavodda tikinti-quraşdırma işləri 2008-ci ilin sentyabrında tamamlanıb. Zavodda Almaniya, Polşa, Türkiyə, ABŞ və digər ölkələrdən alınmış avadanlıq quraşdırılıb.

Həmin ilin oktyabrın 7-də Prezident İlham Əliyev “Biləsuvar AQRO” MMC-nin süd zavodu ilə tanış olmuşdu.

O zaman bildirilirdi ki, müəssisənin rəhbərliyi Hollandiyadan 500-dək xüsusi cins inək gətirməyi də planlaşdırır və bu zavodun Azərbaycanı quru süd ixrac edən ölkəyə çevirəcək.

Qeyd edək ki, SƏBA” Şirkətlər Qrupu Rusiyaya quru süd məhsulu ixrac edib.  Həmçinin Səba” brendi ilə təqdim edilən kərə yağı “Biləsuvar Aqro” MMC-də istehsal olunur.

Və çox təəssüf ki, istehlakçılara güvən bəxş etməli olan “Biləsuvar Aqro” MMC yol verdiyi nöqsanları ilə alıcılarını itirə bilər.

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN