"PricewaterhouseCoopers Global"ın (PwC) dünyanın peşəkar xidmət göstərən ən iri şəbəkələrindən biridir.

Bu gün İqtisadiyyat Nazirliyində 2021-ci ildə təşkil edilmiş “Uğur yolu” müsabiqəsinin qalibləri məşhur “PwC” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri və idarəedici partnyoru olan Mövlan Paşayevlə görüşüblər. Mövlan Paşayev dünyada peşəkar audit, vergi, hüquq və məsləhət xidmətləri göstərən ən böyük şəbəkələrdən olan “PwC” şirkətinin fəaliyyəti barədə məlumat verib, idarəçilik təcrübəsini bölüşüb, iştirakçıların suallarını cavablandırıb.

Görüşdə İqtisadiyyat Nazirliyində keçirilən “Uğur yolu” karyera inkişafı proqramı, müsabiqənin əhəmiyyəti, əməkdaşların peşəkarlıq səviyyəsinin artırılmasında, karyera inkişafında yaratdığı imkanlardan bəhs edilib.

Xatırladaq ki, PwC Azərbaycan müxtəlif sahələr üzrə audit, vergi, hüquq və məsləhət xidmətləri göstərir. PwC Qlobal şəbəkəsi 157 ölkədə fəaliyyət göstərir və əməkdaşlarının ümumi sayı 300 min nəfərə yaxındır.

Şikrət Azərbaycanda 1995-ci ildə fəaliyyətə başlayıb və hazırda şirkətin Azərbaycandakı ofisində dünyanın bir sıra ölkələrindən 150-ə yaxın mütəxəssis çalışır.

200,000-dən çox qlobal təşkilat, o cümlədən “Fortune Global 500” reytinq cədvəlindəki şirkətlərin 84%-i PwC şirkəti ilə əməkdaşlıq edir.

Həmçinin Qarabağ Dirçəliş Fondu da kənar audit xidmətlərinin göstərilməsi üzrə PwC Azərbaycan ilə müqavilə imzalayıb.

Y/MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN