Yaponiya dövləti  Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabr ayında tanıyıb.

İki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci ilin sentyabr ayının 7-də qurulub.

Ölkələrimiz arasında uzun illərdir ki, siyasi, iqtisadi və mədəni sahələrdə münasibətlər daim inkişafda  olub.

Bu il isə Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin əsasının qoyulmasının 30-cu ildönümü tamam olacaq.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yaponiyanın xarici işlər nazirinin parlamentar müavini Honda Taro ilə bu günkü görüşdə də ölkəmizin Yaponiya ilə əlaqələrin inkişafına önəm verdiyini, iqtisadi əməkdaşlığın genişləndiyini qeyd edib, ticarət tərəfdaşlığının gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

 Honda Taro Azərbaycanla diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə Yaponiyanın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə 2022-ci ilin “Azərbaycan - Yaponiya Dostluq İli” elan olunduğunu diqqətə çatdırıb, ölkəsinin Azərbaycanla əlaqələrinin inkişafına dair fikirlərini bölüşüb.

Tərəflər iqtisadi, xüsusilə ticarətin və investisiya qoyuluşlarının artırılması, müqavilə-hüquq bazasının möhkəmləndirilməsi, “yaşıl enerji” sahəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.

Xatırladaq ki, Yaponiyanın ITOCHU şirkəti respublikamızın Xəzərin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli və Bakı-Tbilisi-Ceyhan layihələrində iştirak etmişdir. Azərbaycan Dövlət Neft Şirkətilə birgə iri layihələr, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin, Azəri-Günəşli-Çıraq layihəsinin həyata keçirilməsində Yaponiyanın İtoçu şirkətinin mühüm rolu olmuşdur.

Həmçinin ölkə şirkətləri “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının tikintisinə texniki və maliyyə dəstəyi veriblər.

Azərbaycanın 56 rayonunda təhsil, kənd təsərrüfatı, su təchizat və suvarma sahələrində 268-dən çox kütləvi qrant layihəsi reallaşdırılıb və s.

Qeyd edək ki, iyunun 24-25-də Azərbaycan Milli Abilimpiya Federasiyası və Yaponiyanın “Nippon” fondunun birgə təşkilatçılığı ilə "Əsl rəng festivalı"na (True Color Festival) keçiriləcək.

Festival Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələrin 30 illik yubileyinə həsr ediləcək.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN