Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən biri olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına təmin olunması prioritet vəzifələrdən biri kimi müəyyən edilib və bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən zəruri tədbirlərin görülməsi davamlı olaraq həyata keçirilir.

Tezadlar.az axa.gov.az-a istinadən xəbər verir ki, bu məqsədlə toxumçuluq təsərrüfatlarının qeydiyyata alınmış toxumluq əkinlərində aprobasiya prosesinin hazırlıq mərhələsinə start verilib.

Belə ki, ətraf rayonların nümayəndələri də daxil olmaqla Sabirabad rayonunda aprobatorluğa namizədlərin aprobasiya prosesi üzrə nəzəri biliklərinin möhkəmləndirilməsi, aprobasiyaya hazırlığının təmin edilməsi, habelə aprobasiya prosesi ərzində şəffaflığın qorunması və keyfiyyətin artırılması məqsədilə “Toxumluq taxıl sahələrində aprobasiyanın aparılması” mövzusunda təlim keçirilib. Təlimdə Aqrar Xidmətlər Agentliyinin Dövlət toxum nəzarəti və bitkiçiliyin təşkili şöbəsinin müdiri Möhtəsim Əhmədov “Dənli taxıl bitkilərində aprobasiya əlamətlərinin təyini” və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktor müavini Qərib Novruzlu “Dənli taxıl, dənli–paxlalı bitkilərin aprobasiyası” mövzuları üzrə təqdimatla çıxış edərək aprobasiyanın həyata keçirilməsi mexanizmi, sort təmizliyinin müəyyən edilməsi, əkinlərin alaqlanma, xəstəliklərə yoluxma və zərərvericilərlə sirayətlənmə dərəcəsinin təyin edilməsi üsulları barədə ətraflı məlumatlar verilib.

Tədbir iştirakçılarına bukletlər və lazımi informasiya materialları paylanılıb və onları maraqlandırılan suallar ətraflı cavablandırılıb.

Sonda hər rayon üzrə cəlb olunan namizədlər attestasiyadan keçiriləcək və nəticədən asılı olaraq aprobator vəsiqəsi ilə təmin ediləcəklər.

Qeyd edək ki, növbəti təlim Şamaxı rayonunda keçiriləcək. Nəzəri təlimlərdən sonra aprobasiya öncəsi dövrdə əkin sahələrində praktiki təlimlərin keçirilməsi də nəzərdə tutulub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN