Digər həlledici yeyinti məhsullarında isə ötən illə müqayisədə nisbətən daha az ixrac müşahidə edilib.

Azərbaycanda aprel ayı üzrə qeyri-neft ixracı 22% artaraq 238,3 milyon ABŞ dolları təşkil edib.

Bu barədə eroforms.gov.az məlumat yayıb

Bildirilir ki, həmin dövr ərzində qeydə alınan qeyri-neft ixracının 21,6% yeyinti məhsullarının, 78,4%-i isə qeyri-yeyinti məhsullarının payına düşüb.  Belə ki, aprel ayı ərzində yeyinti məhsulları üzrə ixracın cəmi 6,2% artmasının əsas səbəbi şokolad və ondan hazırlanan məmulatların 2 dəfə,  meşə fındığı üzrə 52,5%, qara çayın ixracı üzrə isə 19,4% artımın qeydə alınması olduğu qeyd edilib.

Bununla yanaşı, digər həll edici yeyinti məhsullarında isə ötən illə müqayisədə nisbətən daha az ixrac müşahidə edilib və qeyri-neft ixracında aprel ayında qeyri-yeyinti sektoru drayver rolunu oynayıb.

Həmçinin qeyd edilib ki, qeyri-neft ixracatı 2022-ci ilin yanvar-aprel ayları üzrə 38,5% artaraq 965,5 milyon ABŞ dolları təşkil edib. Bu göstərici 2021-ci ilin müvafiq dövrü üzrə 696,9 milyon ABŞ dolları dəyərində olub.

Xatırladaq ki, 2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 milyard ABŞ dolları təşkil edib. 

 2021-ci ilin dekabr ayı üzrə ixrac 2,4 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 73,9% təşkil etməklə 353,6 milyon ABŞ dolları olub.

Həmçinin  2021-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın ixracı 8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 907,6 milyon ABŞ dolları təşkil edib. 2021-ci ilin yanvar-may ərzində meyvə-tərəvəz ixracı 206,1 milyon, pambıq lifi ixracı 109,3 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 57,9 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 39,7 milyon, pambıq ipliyi ixracı 17,8 milyon,  kimya sənayesi məhsullarının ixracı 19,2 milyon, şəkər ixracı 16,3 milyon,  bitki heyvan mənşəli piylər və yağlar  ixracı  13,8 milyon, spirtli və spirtsiz içkilərin ixracı 5,8 milyon və çay ixracı 3,7 milyon ABŞ dolları təşkil edib.

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN