5 min kiloqramadək qida məhsulları poliqona  “təhvil verildi”...

Dünya ərzaq böhranının məngənəsində olduğu bir vaxtda, beş tonadək qida məhsulları istifadəyə yararsız müddətə çatdırılıb.

Bu dəfə  “Siren Trading” MMC AQTA-ya müraciət edərərk, istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 4620 kq un və un məmulatları,dənli-paxlalı bitkilər, süd məhsulları və s. “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv etdirib.

Çörəyin qiyməti qalxan dövrdə, unun qiymətini ucuzlaşdırıb istehlakçıya satmayanlar unu zibilliyə atmağı ucuzlaşdırmaqdan üstün bilirlər.

Doğrudan da mat qalmalıdır və bu o qədər də kiçik məsələ deyil. Qlobal ərzaq çatışmazlığı olan bir zamanda necə insafın yol verə bilər ki, ərzağı -südü köhnəldib zibilxanada basdırdasan, amma körpə uşağı olan ailələrə - lap elə pulsuz paylamayasan, xüsusi aksiya keçirməyəsən, mayasınadək endirim etməyəsən?.. Necə ola bilər ki, bu məsələ ərzaq yararsız hala gələnədək tənzimlənmir, xüsusi göstəriş verilmir?

Düşünürəm ki, ərzaq məhsullarını köhnəldib satanlar və istifadəyə yararsız hala gətirərək zibilxanaya göndərənlər barədə ciddi ölçü götürülməlidir. Çünki belə bir qərar verilməsə israfçılıq, ərzağa hörmətsizlik baş alıb getməkdə davam edəcək. Hər ay ölkə ərazisində kifayət qədər qida məhsulu köhnəldilir. Bəzən belə məhsullar mağazalarda əhaliyə də satılır və belə faktlar çoxdur.

Ölkədə ərzaq itkisinin qarşısını almaq üçün müəyyən addımlar atılmalıdır, yoxsa zibilxanada ərzaq qutularını basdırmaqdan yer qalmayacaq...

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN