Neftçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlının sosial platforma səhifəsində və eləcə də «Təzadlar» qəzetində

Neft Daşlarından, həmçinin SOCAR-ın Nəqliyyat və Təchizat idarələrindən, «Şirvanoyl» şirkətindən və s. daxil olan şikayət məktubları dərc edilməkdə, sosial şəbəkələrdə yayılmaqdadır. Artıq SOCAR-ın adı çəkilən idarələri ilə bağlı şikayətlərə reaksiyalar var, bu barədə ötən yazılarda qeyd etmişik.

Bu gün isə NHMT İB-nin rəhbəri Mirvari Qəhrəmanlı «Təzadlar»ın əməkdaşına bildirdi ki, Neft Daşlarında çalışan işçilərin sosial problemləri ilə bağlı yazılara da reaksiyalar vardır:

-Belə ki, «Azneft» İB-nin Baş direktoru cənab Şahmar Hüseynov müavinləri ilə birlikdə 12 -13 may tarixlərində Neft Daşlarında səfərdə olub. Baş direktor cari vəziyyətlə yanaşı, bir müddət əvvəl ekoloji, sosial, işçilərə göstərilən iaşə xidməti, yataqxanalardakı vəziyyət və s. barədə sosial şəbəkələrdə və mediada paylaşdığımız problemlərə də diqqət yetirmişdir. Neftçilərin verdiyi məlumata görə, sahə üzrə məsul şəxslər  yeməkxanada neftçilərlə birlikdə nahar etmiş, yeməyin çeşidləri ilə də maraqlanmışlar. Tədbiri müsbət hal hesab edərək düşünürəm ki, sahə üzrə məsul şəxslərin Neft Daşlarına səfəri nəticəsiz qalmayacaq. NHMT olaraq prosesi izləyirik. Və monitorinqlərimiz də davam edir. Əvvəllər qeyd etdiyim kimi, hər hansı vəzifəli şəxs otağından çıxmağa hazırlaşanda onun gedəcəyi obyekt haqqında maraqlı şəxslərə xəbər verilir. Adətən Komissiyalar ərazini tərk edənə qədər ideal görüntülər yaradılır. Bütün hallarda, inanıram ki, bu cür səfərlər problemlərin həllinə kömək edəcək…

***

KİV olaraq biz də hesab edirik ki, Neft Daşlarına mediaturların təşkili də bu sahədə şəffaflığın təmin edilməsinə kömək etmiş olar.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN