Hazırda sənaye zonalarında əvvəlki dövrlərdə idxal hesabına təmin edilən azot gübrəsi, polimerlər, ferroərintilər, tütün məmulatları, aqrokimyəvi məhsullar, sənaye istifadəsi üçün torbalar, tibbi maskalar, şüşə lövhələr, şpris istehsalı, tekstil kimi yeni məhsullar istehsal edilir. 

Bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev bildirib.

 E.Nuriyev vurğulayıb ki, həmin məhsullardan çoxu daxili bazara satılmaqla yanaşı, dünyanın bir çox ölkəsinə də ixrac edilir, həmçinin bu günədək Azərbaycanın sənaye zonalarında 6,5 milyard manatdan çox məhsul istehsal edilib.

Sədrin sözlərinə görə, 2,1 milyard manat dəyərində məhsul dünyanın 40 ölkəsinə ixrac olunub.

Qeyd edək ki, İqtisadi Zonaların İnkişafı Agentliyi 2021-ci ildə sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə yaradılıb. Agentlik Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının  və 4 sənaye məhəlləsinin (Sabirabad, Masallı, Neftçala, Hacıqabul) və 51 aqroparkın idarəedici təşkilatıdır.

İndiyədək sənaye zonalarında 101 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 58-i fəaliyyətə başlayıb.

 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN