Qazaxıstanda yenə piştaxtalarda qənd qalmağa qoymayanlar var...

...Bir nəfər dalbadal 18 dəfə supermarketə gedib və yalnız qənd alıb.

***

 Qazaxıstan Ticarət və İnteqrasiya Nazirliyinin Ticarət Komitəsinin sədri Erjan Kazanbayev ölkədə 67 min ton şəkər ehtiyatının olduğunu bildirib.

 Bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.

 Kazanbayev Kənd Təsərrüfatı Nazirliyində olan həmkarlarının bir müddət əvvəl bu məlumatı bildirdiklərini deyib.

“Bu həcm əhalinin tələbatını tam ödəyir. Gündəlik şəkərin satış nöqtələrinə çatdırılması da var. Biz əlavə olaraq AEK çərçivəsində 100 min ton şəkər üçün kvota götürdük. Üç fabrikimiz gündəlik olaraq əhaliyə lazımi həcmdə şəkər verir”, - deyə Erjan Kazanbayev bildirib.

 O, əhalini şəkər ətrafında ajiotaj yaratmamağa çağırıb.

 “Bəzi bölgələrdə şəkər almaq üçün ajiotaj hiss olunur. Qeyd etmək istərdim ki, belə panika olmamalıdır. Çatdırılmalar mütəmadi olaraq həyata keçirilir. Ola bilər ki, bəzi pərakəndə satış şəbəkələrində və obyektlərdə hansısa anda tədarükdə bir qədər fasilə yaransın, lakin bu, malların yolda olması ilə bağlıdır. Onu gündəlik vaqonlarla daşıyırlar və ola bilsin ki, o, heç də həmişə bəzi ticarət obyektlərinə vaxtında çatmır. Amma iri və daha orta ölçülü ticarət obyektlərində şəkər hazırda kifayət qədər həcmdədir və satılır”, - deyə bəyan edib.

 Xatırladaq ki, Qazaxıstanın Atırau vilayət administrasiyası şəhər akimiliyi ilə birlikdə ərzaq məhsullarının qiymətlərinin əsassız olaraq artırılmasına, eləcə də onların əhaliyə əlçatanlığına nəzarət etmək məqsədilə yerlərdə yoxlamalar aparıb. Yoxlama zamanı məlum olub ki, bir nəfər ardıcıl olaraq 18 dəfə supermarketə girib və yalnız qənd alıb.

 Sahibkarlıq və turizm şöbəsinin müdiri Nurbola Janabekovanın sözlərinə görə, hazırda şəkər adambaşına 3 kiloqramdan satılır.

 O, "Bu, şəkər spekulyasiyasının qarşısını almaq üçün edilir" bildirib.

Y.MƏMMƏDLİ

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN