ÜMUMİLİKDƏ 3,941 MİLYON MANAT ÖDƏNİLƏCƏK

Təhsil Nazirliyi 2022-2023-cü tədris ilində ibtidai və orta təhsil proqramları üzrə dərsliklərin istehsalı ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

 Dövlət satınalmalarının vahid internet portalında verilən məlumata görə, hər iki tenderin qalibi "Tuna" QSC-dir.

 Qalib şirkətlərə müvafiq olaraq 1,522 milyon manat və 2,419 milyon manat, ümumilikdə isə 3,941 milyon manat ödəniləcək.

 Xatırladaq ki, ötən ay da Xarici İşlər Nazirliyinin keçirdiyi tenderdə  "Tuna" QSC qalib gəlmişdi.

Belə ki, Xarici İşlər Nazirıiyi  üçün müxtəlif kargüzarlıq blanklarının, xidməti vəsiqələrin və digər mətbəə məhsullarının satın alınmasına ilə əlaqədar 15 mart 2022-ci il tarixində dövlət satınalmalarının vahid internet portalında dərc edilmiş elektron satınalma vasitəsilə keçirilən açıq tenderdə iddiaçılardan portal vasitəsilə daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilmiş, "Tuna" QSC qalib elan edilmiş və həmin təşkilatla 16 may 2022-.ci ildə müvafiq satınalma müqaviləsi bağlanılmışdı.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN