Dövlət Ekoloji Təhlükəsizlik Xidməti nəzarət tədbirlərini davam etdirir.
Xidmətin əməkdaşları tərəfindən Şəki, Göyçay və Ağdaş rayonlarının ərazilərində keçirilən nəzarət tədbirləri zamanı Şəki rayon sakinləri Eyvaz Mürşüdov, Ramin Musayev, Göyçay rayon sakinləri Samir Mustafayev, Ədalət Qasımov, Bəhruz Məmmədov, Abbas Kərimov, Yaqub Məmmədov, Anar Qafurov, Elnur Beydullayev, Ağdaş rayon sakinləri Nizami Qasımov və Fizuli Mehdiyevə məxsus ağac emalı sexlərində qanunsuz yolla əldə edilmiş ümumilikdə 36,87 m3 həcmində işlik meşə materialı müəyyən edilib. Bunu Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib.

O, qeyd edib ki, faktla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülür.

"İşlik materialın haradan əldə olunmasının müəyyən edilməsi ilə bağlı hazırda hüquq-mühafizə orqanları ilə birgə araşdırma aparılır".
***

Qeyd edək ki, bölgələrimizdə ağac qətliamı davam edir.

Elə bu günlərdə vəzifəli şəxslər tərəfindən Yardımı meşələrində ağaclar kəsilmişdi.  Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparıldı.

Aparılan araşdırmalarla Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin vəzifəli şəxsləri tərəfindən Yardımlı rayonu ərazisində bioloji inkişafda olmuş meşə fonduna daxil olan ümumilikdə 172 ədəd müxtəlif cinsli və diametrli ağacların qanunsuz kəsilməsi nəticəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olan 30 min 643 manat məbləğində maddi ziyanın vurulmasına əsaslı şübhələr müəyyən edildi.

Fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə) və 309.1-ci (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə cinayət işi başlanılaraq istintaqın davam etdirilməsi Yardımlı Rayon Prokurorluğuna tapşırıldı.

Meşələrdə qanunsuz olaraq ağacların kəsilməsi barədə belə faktlar isə az deyil və təəssüf ki, bu ağac qətliamına rəvac verənlər var...

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN