Daha çox daşınmaz əmlaka  və kimya sənayesinə qoyulan investisiyalar isə ilbəil artır...

2017-ci ildən 2021-ci ilə qədər Azərbaycan Moskva iqtisadiyyatına 467 milyon dollar sərmayə yatırıb.

Bu barədə Rusiya Federasiyası Moskva merinin iqtisadi siyasət, mülkiyyət və torpaq münasibətləri üzrə müavini Vladimir Yefimov Rusiya Mərkəzi Bankının məlumatlarına istinadən bildirib.

O, Azərbaycan biznesinin əsasən kimya sənayesi və daşınmaz əmlaka investisiya yatırdığına diqqət çəkib.

Yefimov onu da qeyd edib ki, Azərbaycan MDB ölkələri arasında Moskvanın əsas tərəfdaşlarından biridir.

NSN onun sözlərini sitat gətirərək qeyd edib ki,  "Beş il ərzində investisiyalar 3,8 dəfə, il ərzində - 2020-ci ilin oktyabrından 2021-ci ilin sentyabrına qədər isə 15,6% artıb".

Qeyd edək ki, bu yaxınlarda deputat Qüdrət Həsənquliyev Milli Məclisdəki zamanı vurğulayıb ki, “Hökumət üzvləri hər dəfə Azərbaycanda biznes mühitinin çox yaxşı olduğunu bildirir. Amma doğrudan da biznes mühiti yaxşıdırsa, niyə azərbaycanlılar gedib, Gürcüstana, Qazaxıstana, Özbəkistana, Rusiyaya, Türkiyəyə investisiya yatırır , ancaq bir gürcü, özbək, qazax ölkəmizə investisiya qoymur? Bu məsələ araşdırılmalıdır”.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN