Birləşmiş Millətlər Təşkilatının hesabatı açıqlanıb.

TEZADLAR.AZ xəbər verir ki, BMT-nin “Dayanıqlı inkişaf-2022” hesabatında Azərbaycan mümkün 100 baldan 73,5 bal toplayaraq 163 ölkə arasında 50-ci pillədə qərarlaşıb.Bu göstərici ilə ölkəmiz 2021-ci il üzrə hesabatdakı mövqeyi ilə müqayisədə (55-ci yer) 2022-ci ilin hesabatında 5 pillə irəliləyərək dünyada hər üç ölkədən ikisini qabaqlayıb və bu göstəriciyə əsasən Cənubi Qafqaz regionunda liderdir.

Qeyd edək ki, hesabatda ölkəmizin daxil edildiyi- Şərqi Avropa və Mərkəzi Asiya regionunda Dayanıqlı İnkişaf Məqsədləri indeksinin orta göstəricisi 71,6 təşkil edib. Hesabatda region ölkələrindən Gürcüstan 51-ci, İran 88-ci, Qazaxıstan 66-cı, Türkiyə 71-ci, Özbəkistan 77-ci, Tacikistan 78-ci, Ermənistan 66-cı və Türkmənistan 99-cu pillədədir. Məlumat üçün bildirək ki, Çin Xalq Respublikası 56-cı, Albaniya 61-ci, Misir 87-ci, Qatar 94-cü və Səudiyyə Ərəbistanı 96-cı pillədə qərarlaşıb.

Hər il dərc olunan hesabat 163 ölkədə Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının vəziyyətini müqayisəli təhlillərlə özündə ehtiva edir. Hesabatda ölkəmizin 1-ci məqsəd (Yoxsulluğun azaldılması), 6-cı məqsəd (Təmiz su və sanitariya), 12-ci məqsəd (Məsuliyyətli istehsal və istehlak) üzrə ciddi irəliləyişlərin olduğu, 4-cü məqsəd (Keyfiyyətli təhsil), 11-ci məqsəd (Dayanıqlı şəhərlər və icmalar), 13-cü məqsəd (İqlim dəyişmələri ilə mübarizə) və 17-ci məqsəd (Tərəfdaşlığın gücləndirilməsi) üzrə ötən dövrlərlə müqayisədə nailiyyətlərin müşahidə olunduğu vurğulanıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN