Bəs hərracda satılan nəqliyyat vasitələrinin ilkin və son satış qiymətləri arasında fərq nə qədər olub?

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyunun 7-də keçirilən hərracda 13 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 63 sifariş qəbul olunub, bunun 20 - si elektron qaydada həyata keçirilib.

Dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron xidmətlərin tətbiqi, sifariş və hərraclara internet vasitəsilə onlayn şəkildə qatılmaq imkanları hərraclarda iştirakı daha da sadələşdirib. Bu isə, hərraclara qatılanların sayında artıma səbəb olur. Nəqliyyat vasitələrinin əksəriyyətinin rəqabətli olması bunun göstəricisidir.

Bəs hərracda satılan nəqliyyat vasitələrinin ilkin və son satış qiymətləri arasında fərq nə qədər olub?

Beləliklə, həm dünənki hərracda satılan nəqliyyat vasitələrinin, həm də hansı qurumlara məxsus olması barədə siyahını təqdim edirik:

  1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının - Fiat Doblo Panorama minik avtomobili (2010)-  ilkin satış qiyməti ilə son satış qiyməti eyni olub -4500 manata, Fiat Doblo minik avtomobili (2012) ilkin satış qiyməti ilə son satış qiyməti eyni olub – 5000 manata, ilkin satış qiyməti ilə son satış qiyməti eyni olub, BMW 318i minik (2011) - ilkin satış qiyməti ilə son satış qiyməti eyni olub – 5500 manata. Hyundai Tucson (2006)  isə ilkin satış qiyməti 6500 manat olsa da satış qiyməti 9500 manatadək yüksəlib.
  2. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İsmayıllı Rayon Filialının VAZ-21074 (2007) avtomobili ilkin satış qiyməti 1700 manatdan yüksələrək 3020 manata satılıb.
  3. Gəncə Dövlət Universitetinin QAZ-3110 (1997) avtomobili ilkin satış qiyməti 1000 manatdan yüksələrək 2220 manata,  QAZ-31105  (2005) avtomobilinin   ilkin satış qiyməti 3000 manatdan yüksələrək 3930 manata, VAZ-21074 (2003) avtomobilinin isə  ilkin satış qiyməti 1500  manatdan yüksələrək 3600 manata satılıb.
  4. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı Filialının Volkswagen Amarok Minik avtomobili (2011) ilkin satış qiyməti 12000 manat olsa da az qala iki dəfə baha qiymətə 21000 manata satıla bilib.
  5. Ağstafa Rayon İcra Hakimiyyətinə məxsus "Belarus" MUP-351 özü süpürən və yükləyən MTZ-82.1traktoru  (2010) – ilkin təklif olunan qiymətə də satılıb – 3500 manat.
  6. "Azneftkimyamaş-Balaxanı maşınqayırma zavodu" ASC-nin Daewoo Leqanza Minik avtomobilin (1999) ilkin satış qiyməti 1000 manatdan yüksələrək 2700 manata satılıb.
  7. Xocavənd Rayon İcra Hakimiyyətinin BMW-530i (2006) avtomobili ) ilkin satış qiyməti 5000 manat olsa da, xeyli baha qiymətə - 9000 manata satılıb.
  8. Xocalı Rayon İcra Hakimiyyətinə məxsus Hyundai Sonata (2003) avtomobili isə ilkin satış qiyməti 2500 manatdan yüksələrək 3300 manata satılııb.

        JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN