ABŞ Federal Ehtiyat Sistemi (FRS) uçot dərəcəsini 0,75 faiz artırıb...

Bu barədə FED-in press-relizində açıqlanıb. Belə ki, uçot dərəcəsi 1,50 %-ə qaldırılıb.  İnflyasiya proqnozu isə 4,3%-dən 5,2%-ə qaldırılıb.

Qeyd edək ki, may ayında xarici mətbuatda yayılan xəbərlərə görə, ABŞ Mərkəzi Bankının sədri Cerom Pauellin ötən 40 ilin maksimumuna çatan inflyasiya göstəricisi ilə mübarizə məqsədilə 1990-cı ildən bəri müşahidə olunan ən sərt faiz artımına hazırlaşdığı bildirilirdi.

 Bəzi qurumlar iyun ayında həyata keçiriləcək iclasda isə 75 faiz bəndi artım proqnozlaşdırırdı.

Və proqnozlar özünü doğrultdu - FED son 28 ildə (1994-dən) ən yüksək faiz artımına getdi...

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN