Azərbaycan nefti 2022-ci ilin aprelində yeni müştəri ölkə tapıb.

Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilib.

Avstraliya apreldə 75 725 ton, yaxud 563 394 barrel həcmində Azərbaycandan neft alıb. Bu neftin hər bir barreli 109.5 dollara satılıb.  Buna görə Azərbaycana 61.67 milyon dollar valyuta daxil olub.

Qeyd edək ki, bu gün Azeri Light” markalı neftin bir barelinin qiyməti 124,41 dollara satılıb. Bu, neftin qiymətinin ötən günlə müqayisədə 3,93 dollar azalması deməkdir.   Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınıb.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti sonuncu dəfə 2021-ci ilin oktyabr ayında $88-i ötüb. Xüsusilə, 25 oktyabr 2021-ci il tarixində “Azeri Light” markalı neftin bir barelinin qiyməti $88,19 təşkil etmişdi.

Azərbaycan neftinin bir barelinin ən ucuz qiyməti 2020-ci il aprelin 21-də $15,81 səviyyəsində, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda $149,66 səviyyəsində qeydə alınıb.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN