Qlobal inflyasiya fonunda əksər ölkələr uçot faiz dərəcəsinin artırılması ilə bağlı qərar qəbul etməkdədilər.

  Dünən FED 1994-cü ildən bəri ən yüksək artıma qərar verdi.

Mövzunu şərh edən millət vəkili Vüqar Bayramov bildirib ki, Avropa Mərkəzi Bankı da gələn ay keçiriləcək iclasında uçot faiz dərəcəsinin 0.25 faiz bənd aralığında artırmaq niyyətindədir.

“May ayında avro zonada inflyasiya səviyyəsi son dekadaların tarixi rekordunu təzələyib: istehlak bazarında qiymətlər 8.1 faiz yüksəlib.

Bununla yanaşı, Avropa İttifaqında iqtisadi artım faizi də azalmaqdadır. 2022-ci il üçün 3.7 faiz artım proqnozlaşdırılan avro zonada ÜDM-in il ərzində 2.8 faiz böyüyəcəyi gözlənilir. Uzun müddət uçot dərəcəsinə toxunmayan Avropa Mərkəzi Bankı da artıq bu alətdən istifadə etmək niyyətindədir”, - deyə Bayramov vurğulayıb.

O, qeyd edib ki,  Azərbaycanda uçot faiz dərəcəsi Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra cəmi bir dəfə dəyişdirilib.

“Martın 18-də Azərbaycan Mərkəzi Bankı uçot faiz dərəcəsini 7.5-dən 7.75 faizədək yüksəldib. Dövlət Statistika Komitəsi bu ilin ilk 5 ayında infilyasiya səviyyəsinin 12,6  faiz olduğunu bəyan edib. Bu isə proqnozlaşdırılandan çoxdur”, -  bildirib.

 Millət vəkilinin sözlərinə görə, bu kontekstdən Azərbaycanda uçot faiz dərəcəsinə yenidən baxılıb artırılması məqsədəuyğundur.

“FED daxil olmaqla aparıcı mərkəzi bankların kəskin faiz artımları fonunda Azərbaycanda da uçot faiz dərəcəsinin inflyasiya tənzimləyici və valyuta bazarında stabilləşdirici funksiyasından daha aktiv şəkildə istifadə edilməsinə ehtiyac var”, -deyə o, fikrini tamamlayıb.

Xatırladaq ki, ötən gün  ABŞ Federal Ehtiyat Sistemi (FRS) uçot dərəcəsini 0,75 faiz artırıb.

Belə ki, uçot dərəcəsi 1,50 %-ə qaldırılıb.  İnflyasiya proqnozu isə 4,3%-dən 5,2%-ə qaldırılıb.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN