Bu gün  Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.

Hərracda tələb 54 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Xatırladaq ki, son vaxtlar valyuta hərraclarında bankların dollara olan təlabatının nəzərəçarpacaq dərəcədə azaldığı müşahidə olunurdu.

Məsələn, iyunun 7-də keçirilmiş valyuta hərracında tələb 18,2 milyon ABŞ dolları, iyunun 9-dakı hərracda 33,4 milyon ABŞ dolları, iyunun 14-dəki hərracda 22,1 milyon ABŞ dolları, iyunun 16-dakı hərracda isə  tələb 23,7 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. Bu günkü hərracda isə bu tələb 54 milyonadək yüksəlib.

Qeyd edək ki, mütəxəssislərin fikrincə, həmişə  iyulun ortalarından başlayaraq avqust, sntyabr ayları da daxil olmaqla dollara tələbat artır.

Və bu tələbatın həm turizm mövsümünün, həm də yeni tədris ilinin başlaması ilə əsaslandırılır. 

 JASMİN

 

 

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN