"MÜSTƏQİLLİK DÖVRÜNÜN ƏN BÖYÜK İES-İ AZƏRBAYCANIN ENERJİ TƏHLÜKƏSİZLİYİNƏ NÖVBƏTİ TÖHFƏ OLACAQ"
Azərbaycanın enerji diplomatiyasının uğurları biri-birini əvəzləməkdədir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi dahi şəxsiyyətin uzaqgörən siyasətinin nəticəsi olmaqla yanaşı, bugünümüz və gələcəyimiz üçün möhkəm təməlin yaradılmasında stimulverici amil oldu. Bu günlərdə Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılış mərasimində dövlət başçısı İlham Əliyev bir daha Azərbaycanın enerji sahəsində qazandığı uğurların xronologiyasını təqdim etdi. Bu mühüm məqam diqqətə çatdırıldı ki, dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır.