İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən türk standartları əsasında AZS TS 13412:2023 “Dəmirlə zənginləşdirilmiş buğda unu”, AZS TS 3997:2023 “Çəltik” dövlət standartları qəbul edilib.
PROBLEMLİ KREDİTLƏRİN HƏCMİ ARTIB – DEPUTAT MM-İN İCLASINDA BƏZİ TƏKLİFLƏR VERDİ
Ötən gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bank qanunvericiliyinə təklif edilən dəyişikliklər müzakirə olunub. Mərkəzi Bankın sədri Taleh Kazımovun iştirakı ilə keçirilən iclasda bank sektorunun mövcud vəziyyətə, o cümlədən kredit və valyuta bazarlarına xüsusi toxunulub.