booked.netbooked.net booked.net  

Ötən bir ay ərzində ukraynalı müdafiəçilər İranın 233 kamikadze pilotsuz uçuş təyyarəsini, təkcə çərşənbə günü isə Kiyev vilayətində 10 "Şəhid"i məhv ediblər.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə prezident Vladimir Zelenski xalqa növbəti videomüraciətində bəyan edib. Sitat: "Ay ərzində 233 "Şəhid" və onlarla raket vurulub. Təkcə bu gün Kiyev istiqamətində 10 İran pilotsuz uçan aparatı məhv edildi, daha 11-i Cənub Hava Komandanlığının əsgərləri sayəsində vuruldu. Sizə təşəkkür edirəm, əla iş gördünüz"ş

Qeyd edək ki, Rusiya İrandan növbəti PUA sistemini almaq barədə razılığa gəlib.

Bu arada ABŞ İrana qarşı sanksiyalar paketini dövriyyəyə buraxır. Buna səbəb İranın Rusiyaya hərbi sursat satmasıdır...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN