booked.net booked.net  

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi 5-ci Polis Bölməsinin əməkdaşlarının vətəndaşlardan daxil olan müraciətlər əsasında keçirdikləri tədbirlərlə özünü qazi kimi təqdim edərək dələduzluq əməlləri törtətməkdə şübhəli bilinən 1989-cü il təvəllüdlü Elşad Nağıyev saxlanılıb.

Onun Sumqayıt şəhəri ərazisində yaşayan iki Vətən müharibəsi qazisini guya həmin şəxslərə dövlət tərəfindən növbəsiz avtomobil almaqda köməklik göstərəcəyi vədi verərək zərərçəkənlərin müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirdiyi məlum olub.0

Araşdırmalarla saxlanılan şəxsin Vətən müharibəsi iştirakçısı və ya qazisi olmadığı məlum olub.

E.Nağıyev barəsində araşdırmalar davam etdirilir.

Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN