Vladimir Saldo bildirib ki, Xerson vilayətinin qondarma rəhbərliyi Ukrayna Silahlı Qüvvələrinin guya əks-hücum hazırlaması ilə əlaqədar olaraq yerini dəyişməyə məcbur olub...
Tezadlar.az Ukrayna KİV-lərinə istinadla bildiri ki, bu barədə RİA Novosti Saldoya istinadən məlumat yayıb. Saldonun sözlərinə görə, Xerson vilayətinin qondarma “mülki idarəsi”nin bütün bölmələri və nazirlikləri Dnepr çayının sol sahilinə keçib. O, əlavə edib ki, mülki şəxslərin Xerson vilayətinə girişi bir həftə müddətinə bağlıdır.
Bəs nə baş verir? "Ukrainskaya pravda" isə yazır ki, Xerson və vilayətin işğalçı “administrasiyası”nın nümayəndələri bildiriblər ki, onlar regionun 4 sağ sahil rayonundan təxminən 50-60 min sakini Dnepr çayının sol sahilinə və ya Rusiyaya aparmağı planlaşdırırlar. Və guya Ukrayna Silahlı Qüvvələri əks-hücum hazırlaşır.
Portal yazır ki, bu Rusiya KİV-lərinin növbəti informasiya təxribatıdır...
A.Məmmədli