booked.netbooked.net booked.net  

“Bir tenderdən 60 milyon alır” dedilər - mer məhkəməyə verdi və qalib gəldi...

Gürcüstanın müxalif telekanalı “TV Pirveli” və jurnalist Maya Mamulaşvili Tbilisi meri Kaxa Kaladzeyə mənəvi ziyana görə 15 min lari (təxminən 5500 dollar  və yaxud 9400 AZN ) ödəməli olacaqlar. Bu qərarı Tbilisi Şəhər Məhkəməsi qəbul edib.

Tbilisi meri Mamulaşvilinin “TV Pirveli”də guya “təkcə bir tenderdən 60 milyon aldığını” deməsinə görə iyunun 20-də məhkəməyə müraciət edib.

Kaladze telekanaldan və jurnalistdən “ictimai olaraq yayılan dezinformasiyanın” təkzib edilməsini tələb edib. Tbilisi meri həm də mənəvi ziyana görə 100 min lari (37 min dollardan çox və yaxud təxminən 62800 AZN) təzminat almaq istəyib.

Məhkəmə iddianın qismən təmin edilməsinə qərar verib. Gürcüstan KİV-nin məlumatına görə, Mamulaşvili də onun yaydığı yalan məlumatı açıq şəkildə təkzib etməli olacaq.

“TV Pirvəli”nin vəkilləri məhkəmənin qərarından yuxarı instansiyaya şikayət etmək niyyətindədirlər.

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN