Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin vəkili Şalva Xaçapuridze Saakaşvilinin cəza çəkməkdən azad olunması üçün məhkəməyə müraciət edib.

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla  bildirir ki, bu barədə jurnalistlərə vəkil özü məlumat verib. O bildirib ki, Saakaşvilinin səhhətində olan mövcud ağırlaşmalar onun cəzadan azad olunmasına imkan verir. Sitat: “Əsas iddiamız onun cəzadan azad edilməsidir, çünki onun xəstəliyi səhiyyə nazirinin müvafiq əmri ilə nəzərdə tutulur və bu zaman dövlət onun cəzadan azad edilməsi ilə bağlı öhdəlik götürür. Buna alternativ olaraq cəzanın təxirə salınması məsələsini də qaldırmışıq. Mixeil Saakaşvili ilə ünsiyyətə gəlincə, onunla danışmamışam, çünki hazırda onunla əlaqə saxlamaq və məsləhətləşmək fiziki cəhətdən mümkünsüzdür”.

Gürcüstan hakimiyyəti isə hələki bu təklif və ya xahiçlərə lazımi reaksiya verməyib...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN