Ermənistanda xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən mayor dövlət sirrini 19700 dollara satıb.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, hərbçi ötən ilin iyulundan etibarən xarici kəşfiyyat xidmətləri ilə əməkdaşlığa başlayıb. O, 2022-ci ilin fevral ayından noyabr ayına kimi hərbi hissənin xidmətlərindən birinin rəisi kimi mobil proqramlar vasitəsilə dövlət və xidməti sirləri əks etdirən hərbi məlumatları toplayaraq xarici kəşfiyyat xidmətinin nümayəndəsinə ötürüb. Mayor məlumat üçün cəmi 19,700 dollar alıb.

Dövlətə xəyanət maddəsi ilə cinayət işi başlanıb, məhkəmənin qərarı ilə mayor barəsində həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Ermənistanda bir neçə ay bundan əvvəl də DTX tərəfindən xarici xidmət orqanlarına xidmət etdiyi bildirilən 19 nəfər hərbi qulluqçu həbs olunmuşdu ki, onlardan da bir çoxunun Müdafiə Nazirliyi sistemində xidmət etdiyi məlum olmuşdu.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN