booked.netbooked.net booked.net  

Azərbaycan Ali Məhkəməsi Naxçıvanın sabiq daxili işlər naziri general-leytenant Əhməd Əhmədovun verdiyi kassasiya şikayətinin müddətinin bərpası ilə bağlı qərarını elan edib.

Bu barədə "Report"a onun vəkili Dilsuz Məmmədov məlumat verib. O bildirib ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən iclasda prosessual müddətin uzadılması ilə bağlı ərizə əsassız hesab olunub.

 Ə.Əhmədov 17 il Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsində çalışıb. O, 2021-ci ildə həbs olunub. Keçmiş nazir 9 milyon manatı mənimsəmədə təqsirli bilinib. Daha sonra Naxçıvan Muxtar Respublika Hərbi Məhkəməsinin hökmü ilə Ə.Əhmədov 11 il müddətinə azadlıqdan məhrum edilib. 

Xatırladaq ki, sabiq nazirin Naxçıvanda ipə-sapa yatmadağı, eləcə də o vaxtkı Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbova qarşı çıxdığı və s. barədə mediada qalmaqallı yazılar dərc edilirdi. Lakin sonda onun fəaliyyəti yoxlanıldı və nazir DTX əməkdaşları tərəfindən iş yerindəcə həbs edildi. 

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN