Hüquqi dövlət və hüquq qaydalarının qorunmasında polisin rolu nədən ibarətdir?
“Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrinin aradan qaldırmaqdan daha asandır”
Heydər Əliyev
...Süverenliyə malik istənilən hüquqi dövlət öz ərazisində hüquq qaydalarının müəyyən edilməsi və hakimiyyətin siyası marağı ilə ictimai maraq arasında vəhdət yaratması üçün ixtisaslaşmış məcburetmə aparatına malik olmalıdır. Dövlətlərə xas belə zəruri kriteriyalar ərazidə qanunçuluğun və hüquq qaydalarının təminatına imkan verir. İnsan hüquq və azadlıqları hər bir dövlətin siyasi əsasının ayrılmaz tərkib hissəsidir.İctimai təhlükəsizliyin və qaydaların təmini ümumilikdə qəbul edilən və qüvvədə olan,habelə hamılıqla tanınan normalara əməl olunması vətəndaş məmnunluğu ilə şərtlənir.
Bu mənada, ictimai təhlükəsizlik özündə qaydalara riayət olunmasını,insanlar arasında münasibətlərin tənzimlənməsini əks etdirir,insan faktoruna,hüquq və azadlıqların toxunulmazlığına əsaslanır. Bura-nəqliyyatda hərəkətin təhlükəsizliyi, ictimai yerlərdə həyata keçirilən inşaat mühəndislik işləri, təmir-tikinti, yanğınsöndürmə, bədbəxt hadisələrlə,epidemiya və epizotiyalarla mübarizə,bütövlükdə ictimai münasibətlərə zidd hərəkət və hərəkətsizliklər daxildir. Bu çətin, lakin şərəfli bir missiyanı ölkədə Azərbaycan Respublikasının Daxili İşlər orqanları həyata keçirir.
Vətəndaş cəmiyyəti hüquq qaydalarının tənzimlənməsi və mühafizəsini arzulasa da,onu təşkil etməkdə çətinlik çəkir.Özünün fəaliyyət istiqamətlərinə və əsas məqsədinə uyğun ictimai rəyə təsir edəcək bir şey edə bilmir.
Ölkədə bu mühüm vəzifəni dövlət, onun hüquq-mühafizə orqanları, geniş aspektdə isə Azərbaycan polisi icra edir. İctimai qaydaların mühafizəsi və təhlükəsizliyin təmini (vətəndaşların həm fərdi, həm də ictimai təhlükəsizliyini) məqsədilə təşkilati, hüquq-mühafizə tədbirlər sistemini, insanların cəmiyyətdəki davranışlarını, ictimai-sosial həyatda hüquqpozmaların qarşısının alınması və xəbərdarlığını, vətəndaşların həyat və sağlamlıqları əleyhinə törədilən və baş verə biləcək hadisələri, ictimai və dövlət marağına, hüquqa zidd sair halların zərəsizləşdirilməsinə səmtlənən kompleks tədbirlər sistemini polis vəzifə funksiyalarının sədaqətlə icrası konteksində həyata keçirir.
Ümumi anlamda Azərbaycan polisi hüquq-mühafizə funksiyalarını dövlətin daxili funksiyası sferasında hüquqpozmalardan zərər çəkənlərin mühafizəsini ona aid səlahiyyətlər çərçivəsində yerinə yetirir:
Dövlət və cəmiyyətin təhlükəsizliyini ,habelə şəxsiyyətin toxunulmazlığını təmin edir;
- Hüquq və azadlıqların, vətəndaşların qanuni maraqlarının müdafiəsi və mühafizəsini təşkil edir;
- Vətəndaşların öz hüquq və azadlıqlarının həyata keçirilməsinə şərait yaradır;
- Cəmiyyətin siyasi, iqtisadi, sosial və mənəvi-dini əsasını mühafizə və müdafiə edir. Bu gün Azərbaycan polisi hüquqi dövlətin prinsiplərinə uyğun fəaliyyət istiqamətlərini peşəkarlıqla yerinə yetirir.
Yanvarın 23-də 2022-ci ilin nəticələrinə dair Daxili İşlər Nazirliyində cinayətkarlığa qarşı mübarizənin vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya İclası keçirilib. İclası giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam edən cinayətkarlığa qarşı mübarizə siyasətinin məntiqi nəticəsi olaraq ölkəmizdə möhkəm təməllərə söykənən sabitlik 2022-ci ildə etibarlı qorunub.
Kollegiayada hesabat məruzəsi ilə çıxış edən nazir geenral-polkovnik V.Eyvazov vurğulayıb ki,2022-ci ildə əməliyyat axtarış və istintaq fəaliyyətinin subyekti olan dövlət qurumları üzrə 36.494 cinayət qeydə alınıb və onlardan 95.2 faizi daxili işlər və prokurorluq orqanlarının prosessual qaydada araşdirdığı hüquqa zidd əməllər olub. Cinayətlərin 83.4 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayətlərin 89.7 faizinin açılması təmin edilib. Ağır və xüsusilə ağır cinayətlərin 85.3; faizi qeyri-aşkar şəraitdə baş verən cinayətlərin 85.7; faizi şəxsiyyət əleyhinə olanların 98.2 faizi, mülkiyyət əleyhinə olanların 81.8 faizi açılıb.
Prokurorluq orqanları ilə birgə baş verəcək cinayətlərin qarşısını alınması, açılması,istintaqı, bütövlükdə qanuni mənafelerinin qorunması və keçmiş illərdən bağlı qalmış 368 cinayət üzrə təqsirli bilinən şəxslərin yeri müəyyən edilərək məsuliyyətə cəlb olunub.
2022-ci ildə şəxsiyyət əleyhinə olan cinayətlər 2.4, o cümlədən qəsdən adam öldürməyə cəhdlər 13, qəsdən sağlamlığa ağır zərər vurmalar 5, odlu silahın tətbiqi ilə baş verən cinayətlər 17.6, ailə münaqişəsi zəminində törədilən 2.4, mal-qara oğurluğu isə 21.3 faiz azalıb.
Bu mənada polis ölkə vətəndaşlarının məmnunluğunun təmin olunması həddində ictimai münasibətlərə yönələn (yönələcək) qəsdlərin qarşısını almaq, təhlükəsizliyin pozulması istiqamətində profilaktik tədbirlər(qabaqlayıcı) həyata keçirir, qaydanı pozanları zərərsizləşdirib məsuliyyətə cəlb edir və digər əlavə funksiyaları icra edir ki, sabitliyə xələl toxunmasın,sabitlik davamlı olsun.Bu məqsədlə Azərbaycan polisi ilk növbədə,mühüm aspektə malik ictimai asayişin qorunması üzrə tədbirlər həyata keçirən dövlət qurumu kimi cəmiyyətin qanuni maraqlarını, vətəndaş hüquq və azadlıqlarını təmin edəcək qanunçuluq prinsipini rəhbər tutur. Polis bu prinsiplə bir növ ölkədə qanunçuluğu hüquq-mühafizə orqanlarına aid dövlət qurumu kimi qüvvədə olan qanunvericiliyə riayət olunmasını təmin edir. Daxili İşlər orqanlarının əməkdaşları səlahiyyətləri çərçivəsində vətəndaşların ayrılmaz, pozulmaz və fundamental-toxunulmaz hüquq və azadlıqlarının mühafizəsinə əsaslanan kompleks tədbirlər görür.
Bu sahədə dövlət və ictimai maraqların,vətəndaşların hüquq və azadlıqlarının mühafizəsi və təmini, təhlükəsizliyin və sabitliyin davamlı olması missiyası müxtəlif dövlət orqanları tərəfindən qarşılıqlı əlaqədə həyata keçirilsə də, ,əsas və xüsusi rol polisə mənsubdur.
Polisin fəaliyyəti sosial əhəmiyyət kəsb edir. Ayrı-ayrı dövrlərdə və ayrı-ayrı ərazilərdə baş verən ictimai təhlükəli əməllərin (hərəkət və hərəkətsizliklərin) kəmiyyət və keyfiyyət göstəriciləri,xəbərdarlıq hallarının təşkili,qeyri-aşkar şəraitdə baş vermiş cinayətlərin açılması məsələləri polisə həvalə olunduğundan bu vəzifəni çoxminli polis əməkdaşları tərəfindən uğurla həyata keçirilir.
Dövlətin sistemli xüsusi orqanı kimi asayişin mühafizəsi, cinayətkarlıqla mübarizə sahəsində müvafiq prosesual hərəkətləri-istintaqı həyata keçirən polis, həm də,dövlətin siyasi-iqtisadi, sosial, mədəni, və müdafiə ömrünə etibarlı dayaqdır. 2022-ci il ərzində həyata keçirilmiş əməliyyat tədbirləri ilə 251 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 202 şəxs cinayət məsuliyyətinə cəlb edilib, müxtəlif cinayətlərə görə axtarışda olan 557 təqsirləndirilən şəxsin tutulması təmin edilib. Əvvəlki illərdən fərqli olaraq narkotik maddələrinin qanunsuz dövrüyyəsinə qarşı mübarizə prinsipallıq və peşəkarlıqla davam edib.
Qeyri-leqal dövriyyədən 2021-ci illə müqayisədə 373 kiloqram çox – 3 ton 418 kiloqram narkotik vasitənin çıxarıldığı, 172 tondan artıq narkotik bitkilər aşkarlanıb məhv edilib. Cinayətkarlıqla mübarizədə, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasında vətəndaşların iştirakı artmış, onların məlumatları əsasında müsbət nəticələr əldə olunmuşdur.
Yeniyetmələr və gənclər arasında maarifləndirmə və profilaktik xarakteri antinarkotik təbliğatın dairəsi məqsədyönlü davam etdirilmişdir. Bu vacib sahədə mübarizə vətəndaş cəmiyyəti və media nümayəndələrinin iştirakı ilə davam etməsi vətəndaş məmnunluğu üçün zəmin yaranmışdır.
Kollegiya iclasının sonunda general – polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsinə, infrakstrunun yenilənməsinə göstərdiyi ali diqqət və qayğıya, DİO-nun fəaliyyətinə verdiyi böyük dəyərə və etimadına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çoxmilli şəxsi heyət adından dərin minnətdarlığını bildirmiş, respublikada asayişin, daxili təhlükəsizliyin və qanunçuluğun, habelə hüquq qaydasının qorunması sahəsində vəzifələrin bundan sonra da vətənə sədaqət ruhunda və əzmlə davam etdirəcəyinə əmin etmişdir.
Şəmsəddin Əliyev,
"Polisə Dəstək" İctimai Birliyin sədri