Human.uz saytın direktoru və baş redaktorunun “orqan əməkdaşları” tərəfindən saxlanılması ilə bağlı xəbər yayıb.
Özbəkistanda iki jurnalist həbs edilib.
Human.uz saytı nəşrin direktoru Xurşid Daliyev və baş redaktor Müslüm Mirzəjonovun “orqan əməkdaşları” tərəfindən saxlanıldığını bildirib. Həmçinin media orqanının ofisinin qapısının sındırıldığı və axtarış aparıldığı barədə də məlumatlar var.
Human.uz nəşrinin direktoru Xurşid Daliyev (həmçinin Muxbir Daliyev bloqunun müəllifi) və baş redaktor Müslüm Mirzəjonov özlərini “orqan əməkdaşları” kimi təqdim edən şəxslər tərəfindən saxlanılıb. Bu barədə nəşr öz Telegram kanalında məlumat yayıb.
Bildirilir ki, “orqan əməkdaşları” jurnalistləri Daşkənd Dövlət Aqrar Universitetinin binasında yerləşən ofisindən aparıblar.
Məlumatda deyilir ki, ofisin qapısı sındırılaraq açılıb və hazırda bütün informasiyaların məzmunu araşdırılır.
Human.uz saytı “qəfil və xəbərdarlıq edilmədən aparılmış” bütün insanların səhhətindən və vəziyyətindən narahatdır. Nəşr jurnalistlərlə əlaqə saxlaya bilmir.
“Redaktorlar bu vəziyyəti Özbəkistan prezidentinin siyasətinə tamamilə zidd və söz azadlığına təhlükə hesab edirlər. Human.uz saytı bütün mediadan, bloggerlərdən və hüquq müdafiəçilərindən xahiş edir ki, bu təcili məlumatı işıqlandırmaqda kömək etsinlər”, - deyə nəşrin əməkdaşları çağırış edib.
Bundan əlavə, Human.uz saytının redaksiyası hadisə ilə bağlı rəsmi şərh verilməsi xahişi ilə hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Gazeta.uz Özbəkistanın Daxili İşlər Nazirliyi, Daşkənd Mərkəzi Daxili İşlər İdarəsi və Baş Prokurorluqdan məlumat istəyib.
Nəşr yazıb ki, ofis Özbəkistan Baş Prokurorluğu yanında iqtisadi cinayətlərə qarşı mübarizə idarəsinin Kuyiçirçik rayon şöbəsinin müstəntiqi E.Ablamuradov tərəfindən möhürlənib.
Və yerli vaxtla 13.30-dan etibarən Human.uz saytının fəaliyyəti dayanıb...
JASMİN