Bu gün avqustun 18-də Abşeron rayon Məhkəməsində hakim Şövkət Nəcəfovanın sədrliyi ilə sabiq millət vəkili Gülər Əhmədovanın Müstəqil Xalq Patiyasının sədri Əflan İbrahimova qarşı xüsusi ittiham qaydasında şikayətinə baxılıb.... Şikayətin motivi isə olduqca maraqlıdır.

Bəs Gülər Əhmədova Ə.İbrahimovu niyə məhkəməyə verib? Məlum olur ki, sabiq millət vəkili G.Əhmədova onu sosial şəbəkə üzərindən yayımlanan  "LAF" TV-dəki çıxışına görə məhkəməyə verib... Cavabdeh isə Gülər Əhmədova haqqında sözügedən kanalda  böhtan xarakterli çıxışını hazırda  Fransada mühacir həyatı yaşayan, ləğv edilmiş ABU-nun qalmaqallı sabiq rektoru Elşad Abdullayevin sifarişi ilə etdiyini boynuna alıb: "Elşad Abdullayev mənə dedi ki, gedərsən Ləman Əliəşrəfqızının yanına. O sənə çıxış üçün efir verəcək. Etiraf edirəm ki, E.Abdullayevin diqtəsiylə efirdə demişəm ki, Gülər Əhmədova Ramiz Mehdiyevin adamıdır, onun həyat yoldaşının əmr  və göstərişlərini yerinə yetirir. Guya Hafiz Hacıyevə 150 minə maşın alıb və s. Mən bütün bu iftiralar üçün Gülər Əhmədovadan üzr istəyirəm. Çıxış edən zaman anlaqlı vəziyyətdə olmamışam",- deyə o, bildirib.

Sual yaranır: sifariş yerinə yetirib başqasına böhtan atdığını etiraf edən adamdan partiya sədri ola bilərmi???

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN