İrkutskın Topkinski mikrorayonunda uşaqları öz mənzilinə aparan şəxs saxlanılıb.

Bu barədə REN TV bildirib.

Qonşuları kişinin qəribə davranışı ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat veriblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları müraciəti yoxlayıb və orada 40 yaşlı PND qeydiyyatında olan II qrup əlilin yaşadığı müəyyən edilib.

Sonrakı yoxlama zamanı məlum olub ki, həmin şəxs uşaqları mənzilə dəvət etməklə yanaşı, hələ sentyabr ayında o, sosial şəbəkələr vasitəsilə 9-cu sinif şagirdini aldadıb.

“Faktla bağlı “Azğın hərəkətlər” maddəsi ilə cinayət işi açılıb”, - mənbə bildirib.

İndi hüquq-mühafizə orqanları pedofilin hərəkətləri zamanı başqa qurbanların olub-olmadığını müəyyənləşdirirlər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN