İstənilən intihar faktı ibtidai araşdırma üçün əsas olmalıdır – ekspert

***

Hüquq elmləri namizədi, Maqsut Narikbayev Universitetinin professoru, Qazaxıstan Respublikasının Milli Məclisi yanında İctimai Palatanın üzvü Müslüm Xasenov cinayət-prosessual və cinayət məcəllələrinə dəyişikliklərlə bağlı müvafiq təklifləri baxılması üçün ölkənin Milli Məclisinə göndərib.

Ekspertin sözlərinə görə, hər il Qazaxıstanda orta hesabla 172 azyaşlı intihar edir. Üstəlik, bu kateqoriyalar arasında intihara cəhdlərin sayı ildə 355 hadisədir.

Professor 8 illik (2015-2022) statistik məlumatları (Qazaxıstan Respublikası Dövlət Müəssisəsinin Hüquqi Statistika və Xüsusi Hesablar Komitəsinin) təhlil edərək belə qənaətə gəlib ki, dinamika ildə 144 ilə 202 hal arasında dəyişir.

 Eyni zamanda, ən təhlükəli yaş 15-17 yaş yeniyetməlik dövrüdür ki, bu da bütün yetkinlik yaşına çatmayanların intiharı hallarının 63%-ni təşkil edir.

Onun fikrincə, intihar əsl zorakı ölümdür və intiharı qeyri-təbii ölüm kimi təsnif etmək lazımdır.

Qeyd edək ki, dünyada hər 40 saniyədə bir nəfərin intihar etdiyi bildirilir.

Azərbaycanda da intihar halları artmaqdadır.

Statistik məlumatlara əsasən, ötən ilin təkcə 3 ayı ərzində ölkədə 102 intihar halı qeydə alınıb. 2021-ci ildə isə ölkədə 612 nəfər özünə qəsd edib.  Halbuki bu rəqəm 2014-cü ildə 490 nəfər təşkil edib.

İntihar hallarının isə yüzlərlə səbəbi olmaqla yanaşı, həm də səbəbkarları  var... Bir çox hallarda onlar cəzasız qalır...

 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN