Bəziləri elə bilir ki, cinayət törədib gizlənirsə, məsuliyyətdən yayınmış kimidir...

Lakin həyatda heç bir cinayət cəzasız qalmır... Belə ki, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Daşdəmirov Elturan Emil oğlu, Məmmədov Sərxan Oqtay oğlu, Abbasov Pərviz Qəzənfər oğlu və Dadaşzadə Aydın Ayaz oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib. Bu barədə "Təzadlar"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, Elturan Daşdəmirovun qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədilən adam oğurluğu, Sərxan Məmmədovun xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq və rüşvət verməyə təhrik etmə, Pərviz Abbasovun on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma, Aydın Dadaşzadənin isə külli miqdarda mənimsəmə və ya israf cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər. Qeyd olunan şəxslər oktyabrın 16-da Rusiya Federasiyası ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər. 

İndi onların hər birinin əməllərinə öz ədalətli qiymətlərini vermələri üçün xeyli vaxtı olacaq, təxminən 8-12 il! 

elbrus-rust

Ona görə də cinayət törətməmək ən yaxşı yoldur. Yaxud, cinayət törədilibsə, qanundan və zəcadan yayınmaq çıxış yolu deyil. Tanınmış hüquqşünas, ehtiyatda olan polis polkovniki Elbrus Rüstəmovun da bu barədə rəyi eynidir. O, "Təzadlar"a bu barədə danışdı: "...Xidmət illərimdə əsasən cinayət-axtarış tədbirlərinin həyata keçirilməsi ilə məşğul olmuşam. Oğurluqdan tutmuş, ağır cinayət əməli törədənlərədək. lakin onların demək olar hamısı sonda tutularaq istintaqa təhvil verilib. Özləri də həbs ediləndə etiraf ediblər ki, gizlənmək, qanuni cəzadan yayınmaq çıxış yolu deyil. Xarici ölkələrdə gizlənənlər də olub, beynəlxalq axtarışa verilərək həbs ediliblər...  Halbuki polis orqanlarına könüllü təslim olmaq cəzanın yüngülləşdirilməsində vacib şərtlərdəndir...".

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN