Araşdırma zamanı məlum olub ki, əcnəbilər zavoda işə dəvət edilib, sonra sənədləri əlindən alınıb, maaşları verilməyib, vaxtaşırı döyülüb, zorakılıqla hədələniblər.

 TEZADLAR.AZ Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Polisia.kz  xəbər portalına istinadən xəbər verir ki, polis Çimkənddə əcnəbiləri kölə saxlamaqda şübhəli bilinən şəxslərin saxlanılması barədə məlumat yayıb.

 Belə ki, oktyabrın 14-də Almatı polisinə Aktobe vilayətinin sakinindən məlumat daxil olub ki, Özbəkistan vətəndaşı olan doğma qardaşı Şımkentdə əmək əsarətindən qaçıb Almatıda onun yanına gəlib. Qadın iddia edib ki, Şımkent kərpic zavodunun sahibləri kişini fiziki xəsarətlə hədələyərək, zorla saxlayıblar. Və qardaşını izləyən naməlum şəxslər onu qaçıraraq BMW markalı avtomobilə, ehtimal ki, Şımkentə aparıblar.

 "Cinayətin ağırlığını nəzərə alaraq Almatı və Şımkent polisi birgə xüsusi əməliyyat tədbirləri həyata keçirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları üç kərpic zavodunun sahiblərini - Şımkent və Türküstan vilayətinin sakinlərini saxlayıblar. Onlardan ikisi dogma qardaşdır. Axtarışlar zamanı müstəntiqlər iki zavodun ərazisində 60-dan çox əcnəbi aşkar edib, onların hamısı Özbəkistan vətəndaşıdır”, - deyə bildirib.

 İbtidai istintaq zamanı əcnəbilərin zavoda işə dəvət edildiyi müəyyən edilib. Sonra sənədləri əlllərindən alınıb, maaşları verilməyib və vaxtaşırı döyülərək zorakılıqla hədələniblər.

 Bildirilir ki, hazırda 25 əcnəbi işçi “Sana Sezim” QHT-nin himayəsindədir, 30-dan çox şəxs isə şəxsiyyətini təsdiq edən sənədləri olmadığı üçün qəbul məntəqəsinə yerləşdirilib.

 Bundan başqa, polis şübhəlilərlə bağlı xarici vətəndaşlardan üç rəsmi ifadə alıb.

"Şübhəlilər nəzarət altındadır. Onlar barəsində iki cinayət maddəsi ilə ibtidai istintaq aparılır:  “Əmək istismarı məqsədi ilə qanunsuz olaraq azadlıqdan məhrum etmə” və “Özbaşınalıq”.  Ekspertiza təyin edilib”, - deyə qurumdan bildirilib.

Döğrudan da dəhşətlidir - 2023-cü ildə insanların istismarı, işgəncə verilməsi, ailələrindən xəbərsiz qul əməyinə cəlb edilərək saxlanılması ağlabatmazdır, qan dondurucudur...

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN