Roman Mikoyan dindirilmə zamanı musiqiçi Stas Naminin oğlu və qayınanasını qətlə yetirdiyini etiraf edib.

Bu barədə Moskva vilayəti üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsi məlumat yayıb. İdarə saxlanılan şəxsin görüntülərini yayıb.

"O, iki qətl törədib - mənim qardaşım və nənəm", - Mikoyan deyib.

Məlumata görə, Roman da müstəntiqlərə heç nə xatırlamadığını deyib. Bəzi məlumatlara görə, şübhəli 19 yaşında intihara cəhd edib, bundan sonra müalicə olunub.

Xatırladaq ki, Stas Naminin 30 yaşlı oğlu və 84 yaşlı qayınanasının meyitləri oktyabrın 19-na keçən gecə Moskva yaxınlığındakı Kryukovo kəndindəki bağ evlərindən birində aşkar edilib.

Versiyalardan birinə görə, amansız qətlə səbəb əmlak mübahisəsi olub. Axşam mənzil məsələsini müzakirə etmək qərarına gələn Roman Mikoyan (Stas Naminin öz oğlu deyil) kottecə gəlib və dialoq zamanı yaşlı qadını (musiqiçinin qayınanası) bıçaqlayaraq öldürüb. Sonra qardaşı Artem Mikoyana zəng edərək hər şeyi danışıb. O, kotecə qaçıb və orada Romanla arasında mübahisə yaranıb. Sonra Roman Artem ilə məşğul olmaq qərarına gəlib.

Bundan sonra, ilkin məlumatlara görə, o, özü polisə zəng edərək törətdiyi cinayəti etiraf edib.

Roman Mikoyana qarşı “Qətl” maddəsi ilə cinayət işi açılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN