Dünən oktyabr ayının 28-də saat 21:43-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonu Sım kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının

sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Təzadlar"a verilən məlumata görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə gizlədilmiş ümumi çəkisi 52 kiloqram 875 qram narkotik vasitə və 9980 ədəd Metadon M-40 psixotrop tərkibli həb aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bəli, İran hələki Azərbaycana narkotik və molla ixrac edir... Amma bir dəfə də olsun görməmişik ki, Azərbaycana qiymətli ərzaq növlərinin, məsələn, qara ixranın, qızılın, bəzi ərzaq növlərinin... qaçaqmalçılığını həyata keçirsin. bütün hallarda, Azərbaycan sərhədçiləri ayıq və sayıqdır... 

ELBAR

https://dsx.gov.az/news/1617

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN