Prokuror bu cinayəti törədənlərə ən ağır cəza istəyib…

Avstraliyada bölgə məhkəməsi hamını şoka salan bir cinayət işi üzrə təqsirləndirilənlərin işinə baxıb. Məhkəmə işində doqquz yaşında olan qız uşaqlarının da olduğu 90 zorlamada günahkar bilinən «Q» adlı manyakın əməlini araşdırır. Məlum olub ki, o, bu cinayəti törədərkən məqsədli şəkildə hamısını gizli şəkildə kameraya çəkib sonradan onlara hədə-qorxu gələrək heç bir yerə şikayət etməməyi tələb edirmiş. Lakin sonradan bəzi zərərçəkmişlər polisə müraciət etməli olub.

***

Oxşar hadisə həm də Cənubi Avrikanın Yohannesburq şəhəri yaxınlığındakı Palm Ridge-də baş verib Yerli məhkəmə 38 yaşlı Nkosinathi Phakathinin doqquz illik cinayət əməli dövründə  məktəbli qızları necə hədəf aldığını və uşaqları zorlama əməllərini izləməyə məcbur etdiyini dinləyib. Milli Prokurorluq Orqanının sözçüsü Lumka Mahanjana açıqlamasında deyib ki, "O, qurbanlarını səhər və ya axşam məktəbə gedən, ya da işdən qayıdanda hədəfə alırmış... Bəzilərini öz evlərində hədəfə alıb ələ keçirirmiş. Özünü isə məişət texnikasını təmir edən elektrik kimi göstərərək evlərə gedirmiş və sonradan bu çirkin əməlini törədirmiş…».

Polis orqanlarının yaydığı məlumatda zorlama və cinsi cinayətlərin 2017/-2018 və 2021/-2022-ci illər arasında 13 faiz artdığı, qadın qətllərinin isə bu ilin ilk üç ayında keçən ilin eyni dövrü ilə müqayisədə 52 faiz artdığı göstərilir.

Şükürlər olsun ki, Azərbaycanda belə cinayətlərə sensasiya kimi yanaşılır və ən az rast gəlinən cinayətlərdən hesab olunur.

ADİL

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN