Polis bu cinayəti törədəni axtarır, saxlanılanlar var…

Cənubi Afrikanın Soweto qəsəbəsində dörd həftə əvvəl 17 yaşlı qızın cinsi zorakılığa məruz qalması barədə polisə məlumat daxil olub. Məlum olub ki, 7 kişi və 1 gənc oğlanın zorladığı qızın videosu sosial şəbəkələrdə qəsdən yayılıb. Lakin qızın valideynləri onun harada olmasından xəbərsiz olub. Yanlız media bu video barədə xəbərlər paylaşandan və polis orqanlarını xəbərdar etdikdən bir gün sonra polis əməkdaşları çərşənbə günü qızı Soweto qəsəbəsindəki bir evdə tapıb. Bu cinayəti törədənlər həm də adam oğurluğu və zorlama cinayətində ittihamedilir. Onların hamısı həbs edilib. Afrika Milli Konqresinin Qadınlar Liqası bu hadisə barədə bəyanatında bildirib ki, qadınlara qarşı bu cür zorakılıq hallarının qarşısı təcili alınmalıdır, belə əməli törədənlər ən ağır cəzaya layiqdir.

ADİL

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN