Bakıda həyat yoldaşını və qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Anar Hacıyev və qardaşı Sakit Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Belə ki, Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yerləşən daş karxanasında Məhəmmədi qəsəbəsində yaşayan Zərnişan Hacıyevanın, Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində isə Natiq Talıbovun qətlə yetirilən meyitlərinin tapılmaları barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə məlumatlar daxil olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin Zərnişan Hacıyevanın əri 1988-ci il təvəllüdlü Anar Hacıyev və onun 1992-ci il təvəllüdlü qardaşı Sakit Hacıyev tərəfindən törədilməsi müəyyən edilib.

Aparılan istintaqla müəyyən olunub ki, Anar Hacıyev 2020-ci ilin yanvarından etibarən arvadı Zərnişanla həmkəndlisi və qonşusu olmuş Natiq Talıbovun intim münasibətləri barədə söz-söhbət eşidib.

O, həqiqəti bilmək məqsədilə arvadı Zərnişanla evdə təklikdə söhbət edib, onun Natiqlə əvvəllər danışdıqlarını, amma hazırda heç bir münasibəti olmadığını aydınlaşdırıb. Anar arvadının qonşusu ilə intim münasibətləri barədə danışıqlanların həqiqətən baş verdiyi qənaətinə gəlib. O, arvadını və qonşusu Natiqi öldürməklə onlardan qisas almaq qərarına gəlib.

Anar niyyətini qardaşı Sakitə bildirib. Qardaşı ona hər iki şəxsin qətlə yetirilməsində razılığını bildirib. Onlar Natiqi və Zərnişanı öldürmək qərarına gəliblər.

Martın 5-də saat 23 radələrində Anar Natiqə SMS yazıb, onun narkotik aludəçisi olmasını bildiyi üçün özündə narkotik vasitə olduğunu, gəlib götürməyi təklif edib. Görüşü Zabrat-Maştağa yolunun kənarına, Daş bazarı kimi tanınan yerə təyin ediblər.

İstintaq materiallarından aydın olur ki, Anar və qardaşı Sakitə məxsus "Daewo Nexia" markalı maşınla Zabrat-Maştağa yolunun kənarına, kanalizasiya sularının axıdıldığı boş torpaq və gölməçə yaxınlığına gəliblər. Gecə saat 1 radələrində Natiq taksi ilə həmin əraziyə gəlib. Avtomobilin qabaq oturacağında oturan zaman Anar açılıb-qatlanan bıçaqla Natiqin bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 43 dəfə zərbə endirib. Natiq Talıbovun öldüyünə  əmin olduqdan sonra meyiti avtomobildən düşürüb yaxınlıqdakı çuxura atıblar. Daha sonra Anar qətlə yetirilmiş Natiq Talıbovun cinsiyyət orqanını kəsib ağız boşluğuna yerləşdirib.

Cinayətkar hərəkətlərini davam etdirərək Zərnişanı öldürmək məqsədi ilə saat 2 radələrində Məmmədli qəsəbəsinə gəliblər. Anar Hacıyev yaşadığı mənzilə girərək Zərnişan Hacıyevaya Natiq Talıbovu öldürdüyünü bildirib: "Zərnişana Natiqi öldürdüyümü dedim. Başa düşdü ki, onu da öldürəcəm. Zərnişana özünü asmasını dedim. O isə uşaqların xətrinə bağışlamağımı istədi. Biz mübahisə etməyə başladıq. Evdə ip axtaranda Zərnişan bloka qaçdı. Onu blokda tutaraq evə dartdım. Səs-küyə qonşular da bloka çıxdı və iki qadın, bir oğlan məni sakitləşdirmək istədi.

Bu zaman Zərnişan qaçaraq qonşunun evinə girdi. Qonşular da bizi sakitləşdirməyə çalışırdı. Bir neçə dəqiqə sonra atam Əlirza, anam Zərövşən və qardaşım Kazım da gəldi. Onlar məndən niyə mübahisə etdiyimizi soruşdular. Onlara əsl səbəbi demədim, Natiqi öldürdüyümü də heç kimə bildirmədim. Atam və və anam başımı qatdığı üçün Zərnişan aşağı düşdü. Zərnişanın arxasınca qardaşım Kazım da düşdü. Mən də valideynlərimi razı salaraq Zərnişana heç nə etməyəcəyimi dedim. Sonra həyətə düşdüm. Zərnişanın qolundan tutaraq Sakitin idarə etdiyi avtomobilə tərəf apardım.

Şüvəlan qəsəbəsi ərazisində yerləşən ziyarətgahın yaxınlığında, ziyarətgaha çatmamış Sakiti avtomobildən düşürtdüm. Dedim ki, Zərnişanla bir az gəzib, söhbət etdikdən sonra anasının evinə aparacağam, sonra geri qayıdaraq onu da götürəcəm. Sakiti avtomobildən düşürtdüm, avtomobili bir qədər irəlidə torpaqlıq ərazidə saxladım. Zərnişanı da avtomobildən düşürtdüm. Şalvarımın cibindən açılıb-qatlanan, Natiqi öldürən zaman istifadə etdiyim bıçağı çıxardım və Zərnişanın bədəninin müxtəlif nahiyələrinə zərbələr vurdum. Zərnişan yerə yıxıldıqdan sonra onun boğaz nahiyəsini də bıçaqla kəsdim. Meyiti avtomobildən təxminən 5-7 metr aralıda daşlara yaxın yerə atdım".

Cinayəti törətdikdən sonra hava limanına gedərək Zərnişanın Moskvada yaşayan qardaşına bacısını xəyanət etdiyinə görə öldürdüyünü demək üçün oraya gedib. Ölkəyə qayıdan zaman isə hava limanında polis əməkdaşları tərəfindən saxlanılıb.

Keçirilən məhkəmə prosesində Anar Hacıyev ittiham üzrə özünü təqsirli bilib. Sakit Hacıyev isə özünü təqsirli hesab etməyib.  

Zərərçəkmiş şəxsin hüquqi varisləri təqsirləndirilən şəxslərdən şikayətçi olduqlarını bildiriblər.

Məhkəmə Anar Hacıyevin qardaşı Sakitin təqsirli olmaması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edib ki, onun ifadəsi iş materiallarında olan sübutlarla təkzib olunduğundan müdafiə xarakteri daşıyıb.

Məhkəmə sübutlara qiymət verərkən nəticəyə gəlib ki, Anar və Sakit Hacıyevlər CM-nin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 245-ci (qəbir və meyit üzərində təhqir edici hərəkət etmə) maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidilər.

Sonda məhkəmənin hökmü ilə Anar Hacıyev 19 il, Sakit Hacıyev isə 17 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. 

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN