İraqda maraqlı hadisə baş verib... Daha doğrusu, ev sahibi etibarının tələsinə düşüb...

Belə ki, Gürcüstan vətəndaşları İraqda işlədikləri bir evdən 2 milyon 600 min dollar və 4 kiloqram qızıl oğurlayıb. Bu barədə İraq mətbuatı məlumat yayıb. Məlumata əsasən, soyğunçuluqda 4 nəfər iştirak edib, onlardan biri 5 ay müddətində həmin evdə təmizlikçi işləyib. Digər şübhəlilər isə Gürcüstandan İraqa 31 avqust tarixində gediblər. Kütləvi informasiya vasitələri quldurların ölkədən qaçmağı bacardıqlarını, ancaq pulları və qızılları daşıya bilmədiklərini yazırlar. Hüquq -mühafizə orqanlarının əməkdaşları oğurlanan pulların və qızıl -zinət əşyalarının böyük hissəsini sahibinə qaytarıblar.

Amma hələki oğruların adı gizli saxlanılır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN