Neçə müddətdir "Dövlət layihəsi" bəhanəsi ilə Bakıda vətəndaşların razılığı olmadan evlərinin sökülməsinə yol verməsi halları artmaqdadır...

"Təzadlar"a daxil olan çoxsaylı şikayətlər də bunu təsdiqləyir. Vətəndaş söküntüyə razı olmadıqda isə onu məhkəməyə verirlər. Məhkəmələrimizdə isə...

XXX

Budur, "İbrahim-Q” MTK-nın vəzifəli şəxsləri tərəfindən paytaxtın Yasamal rayonu ərazisində xüsusi mülkiyyətdə olan mənzilin qanunsuz sökülməsi barədə daxil olmuş məlumat üzrə rayon prokurorluğunda araşdırma aparılıb. Bu barədə "Təzadlar"a Yasamal Rayon Prokurorluğundan məlumat verilib. Məlumatda deyilir ki,  araşdırmalarla qeyd olunan kooperativin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri sübut olunub. Belə ki, iyunun 30-da Afət Quliyevaya məxsus evin razılığı olmadan (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsi, ev 53, mənzil 1) ümumi təhlükəli üsulla tamamilə sökülməsi nəticəsində ona külli miqdarda maddi ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla ümumi təhlükəli üsulla əmlakı qəsdən məhv etmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Prokurorluq orqanları belə hallara qarşı ciddi tədbirlər görərsə, vətəndaşları incidən və ya bu fikirdə olan MTK rəhbərləri qanunsuzluğa bir daha yol verməzlər.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN