...Prokurorluq orqanlarının bütün sərt mübarizəsinə baxmayaraq hələ də bütövlükdə cəmiyyətin sağlamlığı ilə zarafat edənlərin kökü kəsilmir...

Belə ki, “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində qanunsuz olaraq “COVİD-19” əleyhinə vaksinasiya olunması barədə saxta sənədlərin tərtib edilməsi ilə bağlı daxil olmuş məlumat üzrə şəhər prokurorluğunda araşdırma aparılmışdır. Baş Prokurorluqdan "Təzadlar"a bildirilib ki, araşdırma ilə qeyd olunan xəstəxananın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxlərə vaksin vurulmadığı halda “COVİD-19”əleyhinə vaksinasiya olunması barədə saxta sənədlərin tərtib edilməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır. Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.

 Vəzifəli və məsul şəxslər bir daha bilməli və anlamalıdırlar ki, virusla mübarizə dünyəvidir və burada saxtalıq keçmir. Çünki virus yayılanda kimliyinə baxmır, elə bəlkə də ilk olaraq o saxtakarı yaxalaya bilər...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN